Anası Meltem Vuralı itirən aktrisa Nilperi Şahinkaya gecə yarısı paylaşdığı mesajla izləyicilərini narahat edib.
O, anasının fotosunu "Canlarım, mən anamsız yaşaya bilmirəm. Dəstəyiniz üçün təşəkkür edirəm. Məni bağışlayın" qeydi ilə paylaşsa da, qısa müddət sonra silib.
30 avqustda anasını xərçəng səbəbindən itirən Şahinkaya sosial mediada tez-tez duyduğu həsrəti dilə gətirirdi. Son paylaşımı isə pərəstişkarları arasında ciddi narahatlıq yaradıb. Bir müddət ona ulaşıla bilməməsi, evdə qəbul etdiyi dərmanlar səbəbindən huşunu itirdiyi iddialarını gündəmə gətirib.
Hadisədən sonra "Gel Konuşalım" proqramı aktrisanın sakitləşdirici qəbul etdiyini və hazırda vəziyyətinin yaxşı olduğunu bildirib.
Keçmiş sevgilisi Emre Yusufi də sosial şəbəkədə "Hər şey yolundadır" paylaşımı ilə izləyicilərin narahatlığını azaldıb. /Milli.az/

