RU

“Qarabağ”dan ayrılan futbolçu sabiq klubuna qayıdıb

Bakı, 11 sentyabr, AZƏRTAC

“Sabah” daha bir futbolçunun keçidini rəsmiləşdirib.

Klubdan AZƏRTAC-a bildirilib ki, yarımmüdafiəçi Aleksey İsayev “Qarabağ” klubundan transfer edilib.

Futbolçu ilə ikiillik müqavilə bağlanıb. Aleksey daha öncə də “Sabah”ın uğurları üçün çalışıb. O, 2020-2024-cü illər aralığında komandanın üzvü olub. 29 yaşlı futbolçu “Sabah”da ümumilikdə 108 oyun keçirib, 12 qol vurub.

Избранный
10
2
azertag.az

6Источники