Rusiya tərəfindən Polşanın hava məkanını dəfələrlə pozduğu tarix olan 10 sentyabr 2025-ci il tarixinin “tarixi hadisə” olub-olmayacağı ilə bağlı suala cavab olaraq Sikorski bunun baş verməyəcəyinə ümid etdiyini bildirib.
...Ümid edək ki, NATO-nun vahid cavabı və imkanlarımızın gücləndirilməsi Putinə səhv etdiyini başa salacaq və eskalasiyadan əl çəkəcək, - Sikorski bildirib.
O bildirib ki, pilotsuz təyyarə ilə bağlı insident birmənalı şəkildə qəza deyil, Rusiyanın NATO-nun sınağıdır.
...Bu, təkcə Polşa üçün deyil. Bu, NATO üçün sınaqdır və təkcə hərbi yox, həm də siyasi sınaqdır, - Sikorski qiymətləndirib.
Əli Babayev