RU

Vəfat edən şəxsin pensiyası ilə bağlı VACİB TƏKLİF - 30 faiz birbaşa ödənilsin

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Əziz Ələkbərli bildirib ki, dünyasını dəyişmiş şəxslərin pensiya hesabında yığılan sosial sığorta məbləğinin bir hissəsi ailələrinə daha tez verilməlidir.

BAKU.WS-in məlumatına görə, deputat qeyd edib ki, bəzən vəfat etmiş şəxsin həyat yoldaşı onun pensiyasını almaq üçün uzun illər – hətta 10 ilə qədər gözləməli olur.

"Dünyasını dəyişmiş insanın hesabında yığılmış sosial sığorta məbləğinin heç olmasa müəyyən hissəsini – məsələn, 30 faizini dərhal ailəyə vermək mümkündürsə, bu imkan nəzərdən keçirilə bilər. Qalan məbləğ isə qanunda göstərildiyi kimi pensiya yaşına çatanda ailənin istifadəsinə verilə bilər", – deyə Ə. Ələkbərli vurğulayıb.

Qeyd edək ki, bu təklifin reallaşması əhali üçün müsbət təsirlər yarada bilər. Belə ki, qəfil vəfat hadisəsi ailənin maliyyə sabitliyinə ciddi zərbə vurur. Sosial sığorta məbləğinin bir hissəsinin dərhal ödənilməsi onların gündəlik xərclərini qarşılamağa yardımçı olar.

Eyni zamanda uzun müddət ərzində pensiya vəsaitinə çıxışın olmaması ailədə əlavə stress yaradır. Ən azı müəyyən bir hissənin tez ödənilməsi, ailənin bu çətin dönəmdə rahatlamasına kömək edər.

Digər tərəfdən vəfat edən şəxsin övladları və ya baxıma ehtiyacı olan ailə üzvləri varsa, bu vəsait onların gündəlik ehtiyaclarının ödənilməsinə imkan verər. İnsanlar illərlə sosial sığorta ödəyirlər. Vəsaitin bir qisminin dərhal təqdim olunması, ailələrin sosial müdafiəsini möhkəmləndirər.

Orxan Hüseyn

Избранный
14
far.az

1Источники