RU

Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatı keçiriləcək

Bakıda şahmatın rapid və blits növləri üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək.

Tribunainfo.az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə dekabrın 4-dən 8-dək təşkil olunacaq yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq.

Çempionatda  kişilər arasında  FİDE əmsalı (klassik, rapid və ya blits) 2100-dən yuxarı, qadınlarda isə 2000-dən yuxarı olan şahmatçılar iştirak edə bilərlər.

Yarışın mükafat fondu 10 000 manat təşkil edir. Bu məbləğin 6000 manatı kişilərin, 4000 manatı isə qadınların turnirində oynanılacaq.

Yarış sistemi və turların sayı iştirakçıların sayından asılı olaraq dəyişə bilər.

Qeyd edək ki,Azərbaycan çempionatında ilk 3 yeri tutacaq şahmatçılar Qətərdə keçiriləcək dünya çempionatına ezam olunacaqlar.

Избранный
11
14
tribunainfo.az

10Источники