RU

Venesuela ölkəboyu təhlükəsizlik tədbirlərini gücləndirir

Venesuelanın ordu, polis və mülki müdafiə qüvvələri ölkə üzrə 284 məkanda yerləşdiriləcək.

APA “Reuters“ə istinadən xəbər verir ki, bunu Venesuela prezidenti Nikolas Maduro deyib.

Qeyd edək ki, ABŞ-nin Karib hövzəsindəki artan hərbi mövcudluğu Venesuelanı müdafiə tədbirləri görməyə vadar edib.

Ötən həftə ABŞ ordusunun Karib hövzəsində bir gəmiyə hücumu nəticəsində 11 nəfər həyatını itrimişdi.

ABŞ lideri Donald Tramp gəminin narkotik qaçaqmalçılığı üçün istifadə olunduğunu iddia etmişdi.
Избранный
20
4
sherg.az

5Источники