RU

“Rusiyanın Polşaya dron hücumu: NATO nun zəifliyi və Qərbin sınaq anı“ Qərb mətbuatı

ain.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

"Alyansın sərhədləri harada başlayır və harada bitir?.."

10 sentyabr gecəsi Rusiyaya məxsus 19 pilotsuz uçuş aparatı Polşanın hava məkanını pozub. Bir neçə dron vurulub, lakin çoxu Belarusdan Polşa istiqamətinə daxil ola bilib. Bu, Ukraynadakı müharibənin başlanğıcından bəri NATO sərhədlərinə qarşı ən böyük və ən açıq hücum olub.

Moderator.az xəbər verir ki, bu barədə Qərbin aparıcı KİV-ləri məlumat yayıb.

NATO-nun zəif hava qalxanı

Hadisə yalnız Varşavanı deyil, bütün Avropanı sarsıdıb və Qərbin təhlükəsizlik sistemində ciddi çatları üzə çıxarıb. Hücumdan dərhal sonra NATO baş katibi Mark Rütte "Alyansın hər qarış ərazisinin qorunacağına" söz verib. Fransa prezidenti Emmanuel Makron və bir sıra Avropa liderləri də Rusiyanı sərt tənqid edib. Ancaq Almaniya kansleri Fridrix Mers açıq etiraf edib: hava hücumundan müdafiə sistemi işləsə də, "lazım olduğu qədər effektiv olmayıb. 19 drondan yalnız dördünün vurulması NATO-nun ən zəif bəndini nümayiş etdirib: müasir hava müdafiəsi kütləvi, ucuz dron hücumlarına qarşı yetərincə hazır deyil.

Varşavanın xəbərdarlığı və şübhəli xəbərçilik

Polşa hökuməti Kremlin izahatını yalan adlandıraraq, hücumun məqsədli olduğunu bəyan edib. Xarici işlər naziri Radoslav Sikorski: "Dronlar kursdan yayınmayıb, onlar bilərəkdən yönləndirilib", - o, deyib. Baş nazir Donald Tusk isə NATO-nun 4-cü maddəsini işə salaraq müttəfiqlərdən daha ciddi dəstək istəyib. Qəribədir ki, Polşa ordusunun baş qərargah rəisi Belarusun öncədən dronların hərəkəti barədə xəbərdarlıq etdiyini açıqlayıb, Minsk-Varşava münasibətlərindəki gərginlik fonunda bu, gözlənilməz jest olub.

Moskvanın strategiyası: sərhədləri yoxlamaq

Ukrayna prezidenti Vladimir Zelenski Qərbin reaksiyasını qeyri-adekvat adlandırıb: "Bəyanatlar çoxdur, amma real addımlar azdır". Onun sözlərinə görə, Kreml məhz NATO-nun haraya qədər gedə biləcəyini test edir. Bu, təkcə Polşanın deyil, bütün Alyansın imtahanıdır. Politoloqlar isə vurğulayır: Putin üçün bəzən ucuz dronlar tanklardan daha effektiv silahdır, çünki onlar həm infrastruktur, həm də psixoloji sabitliyi hədəfə alır.

Qərbin qarşısında seçim

"Politico", "Bloomberg" və "The Telegraph" nəşrlərinin analitikləri hadisəni "sınaq atəşi" adlandırıb. Əgər Qərb bu dəfə də yalnız bəyanatlarla kifayətlənərsə, Putin Alyansı "kağız pələng" kimi görəcək. Lakin sərt cavab və real müdafiə tədbirləri görülərsə, Moskva üçün risklər artacaq. Polşaya dron hücumu təsadüfi epizod deyil, Kremlin planlı təxribatıdır. Bu, həm NATO-nun hava müdafiəsini, həm də Qərbin siyasi iradəsini sınayır. İndi Qərbin qarşısında seçim var: ya hava qalxanını möhkəmləndirib Putinə "buradan o tərəfə keçmək olmaz" mesajı verəcək, ya da növbəti sınağa hazır olmalı olacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
1
moderator.az

2Источники