Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
Fransada deputat Artur Delaport, istifadəçilərin həyatını təhlükəyə atdığı səbəbilə Çin mərkəzli sosial media platforması "TikTok" barəsində rəsmi şəkildə prokurorluğa müraciət edib.
Bizimyol.info xəbər verir ki, uşaqlar üzərində "TikTok"un psixoloji təsirlərini araşdıran Parlament Komissiyasının sədri olan Delaport, ABŞ mənşəli "X" platformasında etdiyi paylaşımda bildirib ki, "TikTok" neytral bir platforma deyil.
Deputat "TikTok" haqqında: "Bu, diqqəti cəlb etmək, istifadəçiləri bəzən təhlükəli və zəif nəzarət olunan məzmunların qapalı dövriyyəsinə salmaq və bunu pula çevirmək üçün hazırlanmış qorxunc bir alqoritm maşınıdır", - deyə bildirib.
Delaport qeyd edib ki, "TikTok" sisteminin yaratdığı təhlükələrin fərqində olsa da, fəaliyyətini davam etdirir. O, platformanın 18 yaşdan aşağı istifadəçilər üçün canlı yayımları və fərdiləşdirilmiş alqoritmləri qadağan etməsini, eyni zamanda istifadəçilərin psixi sağlamlığına vurulan ziyanın maliyyə məsuliyyətini daşımasını təklif edib.
Deputat Artur Delaport qonaq olduğu ictimai yayım orqanı "Franceinfo" kanalında çıxışı zamanı bildirib ki, istifadəçilərin sağlamlığına və həyatına təhlükə yaratdığı üçün "TikTok" barəsində prokurorluğa rəsmi şikayət verib.
Bundan əlavə, Parlamentin "TikTok"un 15 yaşdan kiçik uşaqlar üzərindəki psixoloji təsirlərini araşdıran komissiyasının hesabatı da ictimaiyyətlə paylaşılıb.
Hesabatdakı tövsiyələrdə:
15 yaşdan aşağı uşaqlar üçün sosial media platformalarının tamamilə qadağan edilməsi,15–18 yaş arası gənclərin isə gecə saat 22:00-dan səhər 08:00-a qədər bu platformalara girişinin məhdudlaşdırılması yer alıb.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.