RU

İyulda BTC ilə neft ixracı 11 % azalıb

Bu ilin iyul ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə gündəlik neft ixracı orta hesabla 517 min barel təşkil edib.

İyun ayı ilə müqayisədə iyul ayında BTC ilə neft nəqli 11 % və ya gündəlik 61 min barel azalıb.

2024-cü ilin iyul ayı ilə müqayisədə bu ilin eyni dövründə boru kəməri ilə neft nəqli 25 % və ya 170 min barel azalıb.

Xatırladaq ki, BTC-nin açılışı 2006-cı il iyul ayının 13-də baş tutub. Onun uzunluğu 1 768 kilometrdir: 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan və 1 076 km-i Türkiyədən keçir.

MənbəREPORT
Избранный
2
3
banker.az

4Источники