“BakuPost” TV-nin efirində “Yaxın plan” adlı yeni layihəyə start verilib.
Layihənin ilk seriyasında zaman-zaman şəhidlərimizlə bağlı ölkə gündəminə çevrilən, əksər hallarda haqlı narazılığa səbəb olan hadisələr müzakirə olunub.
Sentyabrın 12-də “BakuPost” TV-də yayımlanacaq verilişin ilk qonağı AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, şəhid mayormuz Vüsal Vəliyevin qardaşı, ictimai fəal Elyar İslamoğludur.