RU

"Qarabağ" hücumçu problemini Şeydayevlə həll edir - Menecer danışdı

BAKI, 11 sentyabr. TELEQRAF

“Qarabağ” Şeydayevlə müqavilə imzalamaq imkanını qaçırmasa, çox yaxşı olar”.

Bu sözləri Teleqraf-a açıqlamasında menecer Tural Əsgərov deyib.

Tanınmış agent “Neftçi” ilə yolları ayıran milli komandanın futbolçusu Ramil Şeydayevin Ağdam təmsilçisinə transfer ehtimalını dəyərləndirib.

O, bu keçidin hər iki tərəf üçün uğurlu ola biləcəyini bildirib: “Nəzərə alsaq ki, “Qarabağ” hücumçu axtarışlarında uğursuzluq yaşadı. Nəriman Axundzadə uzun müddət olmasa da, zədəlidir. Ağdam təmsilçisi həm Çempionlar Liqasında, həm də ölkə çempionatında sıx qrafiklə oynayacaq. Ramil Şeydayev son klublarında uğursuzluqlarına baxmayaraq, “Qarabağ”da çox əla mövsüm keçirmişdi. Bu baxımdan yerinə düşə bilən transferdir”.

Qeyd edək ki, Ramil Şeydayev 2024-cü ildə “Kocaelispor”dan “Neftçi”yə transfer olunub. 29 yaşlı vinger 2017-2018 və 2021-2023-cü illərdə “Qarabağ”da çıxış edib.

Избранный
70
teleqraf.com

1Источники