RU

Bu universitetdə yataqxana bağlandı SƏBƏB

Moderator.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yataqxanası müvəqqəti olaraq bağlanıb.

Moderator.az xəbər verir ki, bu barədə Musavat.com-un sorğusuna cavab olaraq universitetdən bildirilib.

Qeyd edilib ki, bu qərar binada aparılan texniki baxış zamanı aşkarlanan infrastruktur problemlərinin aradan qaldırılması məqsədilə qəbul edilib.

“Məqsəd tələbələrin təhlükəsizliyini təmin etmək və onların gələcəkdə müasir standartlara uyğun şəraitdə qalmasını təmin etməkdir. Təmir müddətində tələbələrin yaşayışla bağlı problemlərinə dəstək məqsədi komisiya yaradılıb”, -deyə qeyd edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
11
moderator.az

10Источники