RU

Hindlilər zorla Rusiya ordusuna cəlb edilib: İki ölkə arasında diplomatik böhran

Hindistan Rusiyadan ordusuna cəlb edildiyi iddia olunan vətəndaşlarını azad etməsini tələb edib.

Ulusal.az xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyi son günlər Rusiya–Ukrayna müharibəsi üçün Rusiya ordusuna alındığı iddia olunan hindistanlılarla bağlı açıqlama yayıb.

Açıqlamada deyilir: “Son vaxtlar Rusiya ordusuna Hindistan vətəndaşlarının cəlb olunması ilə bağlı xəbərlər görmüşük. Hökumət son bir il ərzində dəfələrlə bu hərəkətin yaratdığı risk və təhlükələri vurğulayıb və vətəndaşlara ehtiyatlı olmaları barədə xəbərdarlıq edib”.

Məsələnin Rusiya rəsmiləri ilə müzakirə olunduğu, Moskvadan hindistanlıların orduya cəlbini dayandırması və hazırda xidmət edənlərin azad edilməsinin tələb edildiyi vurğulanıb.

Nazirlik əlavə edib: “Bir daha bütün Hindistan vətəndaşlarını Rusiya ordusuna qoşulmaq təkliflərindən imtina etməyə çağırırıq. Çünki bu, təhlükələrlə dolu bir yoldur”.

“The Hindu” qəzeti isə yazıb ki, Ukraynanın Donetsk bölgəsində iki Hindistan vətəndaşı artıq Rusiya ordusuna cəlb olunub, daha 13 nəfərin də oxşar vəziyyətdə olduğu iddia edilir.Publika.az

Избранный
10
1
moderator.az

2Источники