RU

Gürcüstanın sabiq müdafiə naziri və Saakaşvilinin təsis etdiyi partiyanın sabiq sədri saxlanılıblar

ain.az, Oxu.az saytına istinadən bildirir.

Gürcüstanın sabiq müdafiə naziri Cuanşer Burçuladze saxlanılıb.

Oxu.Az qonşu ölkənin KİV-inə istinadən xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Sabiq nazirin korrupsiyaya görə saxlanıldığı bildirilib. C.Burçuladze 2021-2024-cü illərdə Gürcüstanın müdafiə naziri və Gürcü Arzusu Partiyasının fəal üzvü olub.

Eyni zamanda, Gürcüstanda hüquq-mühafizə orqanları keçmiş prezident Mixail Saakaşvilinin təsis etdiyi Vahid Milli Hərəkat Partiyasının keçmiş sədri Levan Xabeişvilini də həbs edib. Qeyd olunub ki, Levan Xabeişvili oktyabrın 4-də kütləvi etiraz aksiyasına rəhbərlik etməyə hazırlaşırdı.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
28
oxu.az

1Источники