RU

Avstriya şirkəti Azərbaycan üzərindən yükdaşımaların inkişafında maraqlıdır VİDEO

Bakı, 11 sentyabr, AZƏRTAC

Avstriyanın milli dəmir yolu şirkəti olan “ÖBB Holding AG” Azərbaycanın nəqliyyat-tranzit imkanlarının inkişafında maraqlıdır.

Bu barədə AZƏRTAC-a müsahibəsində Avrasiya-Çin əlaqələri üzrə ekspert, Avstriyanın “ÖBB Holding AG” şirkətinin yükdaşımalar üzrə rəhbəri Enikyö Dyerfi bildirib.

O deyib ki, Azərbaycan yalnız tranzit ölkə kimi deyil, həm də Avropa ilə birbaşa ticarət əlaqələrinin genişləndirilməsi baxımından strateji tərəfdaşdır: “Gözləntilərimiz təkcə Azərbaycan üzərindən keçən daşımalarla məhdudlaşmır. Bu marşrut Orta Asiya ölkələrindən keçərək böyük potensiala malikdir. Bununla belə, infrastrukturun, terminalların, eləcə də daşımaların həcminin artırılması istiqamətində hələ də ehtiyaclar var. Əsas diqqət həm Azərbaycan-Avropa əlaqələrinin inkişafına, həm də Çinlə Avropa arasında dayanıqlı ticarətin təmininə yönəlməlidir”.

Enikyö Dyerfi əlavə edib ki, Avropa ilə Azərbaycan arasında qarşılıqlı ticarət əlaqələrinin dayanıqlı inkişafı Orta Dəhlizin strateji əhəmiyyətini daha da artıracaq.

Избранный
3
3
azertag.az

5Источники