RU

KİV: Sentyabrın 10-da Rusiya dronları Polşada NATO bazasını hədəf alıb

Rusiyaya dronları NATO-nun Jeşuvdakı (Polşa) bazasına doğru uçub.

APA xəbər verir ki, bunu “Spiegel” və “Welt" nəşrlərinin araşdırmaları göstərib.

Nəşrlərin məlumatına görə, bazada Ukrayna ordusuna Qərb silahlarının çatdırılması həyata keçirilən logistika mərkəzi yerləşir.

“Əlimizdə olan məlumata əsaslanaraq hesab edirik ki, bu pilotsuz uçuş aparatları çox güman NATO-nun hava məkanına qəsdən daxil olublar” - Alyansın yüksək vəzifəli zabiti nəşrə bildirib.

Sentyabrın 10-u gecə Polşaya edilən dron hücumunu araşdıran jurnalistlər qeyd ediblər ki, NATO bazası ən azı 5 pilotsuz uçuş aparatının hədəfi olub.

Onların qarşısını almaq üçün F-35 qırıcısı qaldırılıb, sonradan 3 dron vurulub, digər ikisi isə özü yerə düşüb.

Избранный
23
6
apa.az

7Источники