RU

"Biri məni məhkəmə, digəri polislə hədələdi"

Müğənni Kərim Abasovun Xalq artistləri Nazpəri Dostəliyeva, Samir Cəfərov və Əməkdar artist Təyyar Bayramovun ifasını tənqid etdikdən sonra hədləndiyini açıqlayıb. 

Day.Az Sfera.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda özünün "Meqa şou" proqramında danışıb. O bildirib ki, ifaçılar onun iradını qəbul etməyiblər:

"Bir Əməkdar, bir Xalq artisti biabırçı formada ifa etmişdi. Onlar haqqında fikir yazdım. İnsan etdiyi səhvlə barışmalıdır. İki kəlmə dedim, biri polis, digəri məhkəmə ilə qorxutdu. Nə gündə oxuyurlarsa, o gündə də savadlarıdır. Başa düşmürlər ki, biabırçı oxumağa nə məhkəmə, nə polis baxır. Nə gündə oxuyursunuzsa mənim günahım deyil. Bir az savadınızı artırın. Xalq, Əməkdar artist elə oxumamalıdır. Sizin tələbələriniz var. Mən oxuya bilərəm, mənim tələbəm yoxdur. Mənə yaraşa bilər, sizə yox". Axşam.az

Избранный
15
1
day.az

2Источники