RU

Deputat: “Azərbaycan dünyanın beyin mərkəzinə çevrilir”

“Azərbaycanın son illərdəki qazandığı uğurlar, cənab Prezident İlham Əliyevin dünya liderləri sırasında möhkəmlənmiş mövqeyi və ölkəmizin artan nüfuz hər birimizi qürurlandırır".

Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanın nüfuzu son illərdə yalnız bölgədə yox, qlobal anlamda yüksəlib:

“Azərbaycana dost dövlətlərin sayının sürətlə artması, dünyanın supergüclərinin Azərbaycan Prezidenti ilə münasibəti bir daha onu deməyə əsas verir ki, biz 2020-ci ildə Vətən müharibəsindəki qələbəmiz və 2023-cü ildəki antiterror əməliyyatından sonra suverenliyimizi tam bərpa etməyimizlə artıq qlobal siyasi arenada xüsusi çəkiyə malik ölkə imicini qazanmışıq. Azərbaycan yalnız siyasi uğurları ilə deyil, həm iqtisadi irəliləyişlər, həm də humanitar dəyərlərin təbliğində əvəzsiz rol oynayan bir ölkədir”.

Millət vəkili qeyd edib ki, Bakı qlobal humanitar forumların, beyin məkəzlərinin tədbirlərinin keçirildiyi bir məkana çevrilib:

“Hətta dünya diplomatiyasında bir çox əks qütblərin görüşdüyü məkan kimi Bakı seçilir. Prezident İlham Əliyevin nüfuzu, Azərbaycanın stabil, dinamik inkişaf edən bir ölkəyə çevrilməsi və sabitlik adası olması ölkənin cəlbediciliyini artırır. 

Artıq dünya üçün bir çox mühüm görüşlər paytaxtımızda baş tutur. Son zamanlar Bakıda keçirilən İsrail-Türkiyə və İsrail-Suriya danışıqları buna real nümunədir. Yəni artıq Bakı diplomatik arenada siyasi mərkəzə çevrilir. Bunların hər biri gözümüzün qarşısında baş verir”.

Deputat vurğulayıb ki, 21-ci əsrdə dünyada baş verən siyasi kataklizmlərə baxsaq, Azərbaycanın sürətli inkişafı, eləcə də artan nüfuzu doğru yolda olduğumuzu göstərir:

“Üstəlik, bu nüfuz günbəgün artmaqdadır. Artıq rəsmi Bakı bir çox transmilli layihələrin həm müəllifinə çevrilir, həm də Qərb və Şərqlə əlaqələr qurur. Eyni zamanda, Çinlə başlayan siyasi proseslərin içərisində olmağımız, qlobal cənubun bir parçasına çevrilməyimiz və Azərbaycanın milli maraqlarının, çıxarlarının tələb etdiyi siyasəti balanslı şəkildə aparmağımız artıq ölkəmizi dünya diplomatiyasının beyin mərkəzlərindən birinə çevrilməsinə gətirib çıxarır. Bu proses hazırda həm dayanıqlılığı saxlayır, həm də zaman ötdükcə artıq ölkəmizin siyasi, iqtisadi, humanitar və bütün sahələrdə dəyərini artırır”.

Избранный
13
cebheinfo.az

1Источники