RU

Kitabla azadlığa açılan qapı kimi... Özbəkistan həbsxanalarında yeni islahatla məhkumlara şans verilir

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Özbəkistan parlamenti unikal və düşündürücü qərar qəbul edib. Artıq məhkumların həbsxanada oxuduqları kitablar onların azadlığa çıxma müddətini sürətləndirəcək. Senatın təsdiqlədiyi yeni qanuna əsasən, məhkumlar təsdiq olunmuş siyahıdakı hər kitab üçün cəza müddətlərindən 3 gün qazana biləcəklər. Amma bu imtiyaz ildə maksimum 30 günlə məhdudlaşır.

Qanun islah yoluna qədəm qoymuş məhkumlara şamil olunur və ömürlük həbs cəzası alanlar üçün keçərli deyil. Kitab siyahısı Respublika Mənəviyyat və Maarifçilik Mərkəzi tərəfindən təsdiqlənəcək, yekun qərarı isə xüsusi Komissiya verəcək. Beləliklə, bu proses həm mədəni, həm də hüquqi nəzarət altında aparılacaq.

Niyə məhz kitab?

Mütəxəssislər bu addımın səbəbini belə izah edirlər ki, kitab oxumaq məhkumların dünyagörüşünü genişləndirir, maariflənmə cinayətlərin təkrarlanmasının qarşısını almağa yardımçı olur, həbsxanada vaxtı daha faydalı keçirməyə şərait yaradır.

Beləliklə, kitab təkcə bilik mənbəyi deyil, həm də ikinci şans, yeni həyata çıxış bileti olur.

13,5 min məhkum üçün ümid qapısı

Yeni qanunvericilik dəyişiklikləri 13,5 mindən çox məhkuma şamil ediləcək. Bu isə minlərlə insanın azadlığa daha tez çıxması, ailəsinə qovuşması və cəmiyyətə adaptasiya olunması deməkdir. Ən əsası isə, bu islahat cəzalandırma deyil, tərbiyə və maarifləndirmə prinsipinə əsaslanır.

Özbəkistanın bu addımı digər ölkələr üçün də maraqlı nümunə ola bilər. Axı kitab oxumaq təkcə azad insan üçün deyil, məhkum üçün də həyat dəyişdirən vərdiş ola bilər. Bir kitab üç gün azaldır, amma minlərlə günün taleyini dəyişə bilir.

Leyla Mirzə, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
54
icma.az

1Источники