ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevə səfərə gəlib.
Publika.az xəbər verir ki, bu barədə "Telegram"da “RBK-Ukrayna” nəşri məlumat yayıb.
“Kelloq Kiyevə gəlib”, - nəşr adının açıqlanmasını istəməyən mənbəyə istinadən yazıb.
Trampın xüsusi nümayəndəsinin səfəri ilə bağlı xəbəri sosial şəbəkələrdə Ali Radanın deputatı Oleksiy Qonçarenko da təsdiqləyib.