RU

ABŞ Konqresi 2026-cı ilin hərbi büdcəni təsdiqlədi-Ukraynaya bu qədər veriləcək

ABŞ Konqresi 2026-cı maliyyə ili üçün hərbi büdcəni təsdiqləyib.

AzPost bildirir ki, ABŞ Konqresinin Nümayəndələr Palatası  2026-cı maliyyə ilində hərbi məqsədlər üçün 892,6 milyard dolların ayrılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Bu məbləğ o vaxtkı müdafiə naziri vəzifəsini icra edən Lloyd Ostinin yanvar ayında tələb etdiyi məbləğdən təxminən 34 milyard dollar azdır.

“The New York Times” yazır ki, bir çox respublikaçıların etirazlarına baxmayaraq konqresmenlər tərəfindən təsdiqlənən məbləğ Ukraynaya təhlükəsizlik yardımı üçün 400 milyon dolları əhatə edir.

Qanun layihəsində həmçinin Pentaqonun Ağ Evin Kiyevə hərbi yardımı ləğv etmək və ya dayandırmaq planları barədə Konqresə məlumat verməsi tələbi də əlavə edilib. Bu fraqment ABŞ-ın müdafiə naziri Pit Heqsetin təkbaşına Ukraynaya Amerika silahlarının tədarükünü dayandırmaq qərarına gəlməsindən sonra əlavə edilib.

AzPost.az

Избранный
59
azpost.info

1Источники