RU

ABŞ Süleyman Kərimovun müsadirə edilmiş meqayaxtasını satır: Bu qiymətə

ABŞ-ın Ədliyyə Nazirliyi rusiyalı oliqarx Süleyman Kərimova məxsus olduğu iddia edilən müsadirə edilmiş "Amadea" meqayaxtasının satışı prosesinə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilir ki, hərrac potensial alıcıların 10 milyon dollarlıq depozit qoymalı olduğu broker firması ilə möhürlənmiş tender prosesi vasitəsilə keçirilir.

Qeyd edək ki, 106 metrlik gəmi 2017-ci ildə inşa edilib və altı göyərtə, helikopter meydançası, hovuz, kinoteatr və saunadan ibarətdir. Yaxta üç il əvvəl müsadirə olunub.

"Amadea"nın təxmini dəyəri 80 milyon dollardan 120 milyon dollara qədərdir. Əvvəllər isə yaxta 350 milyon dollar qiymətində dəyərləndirilirdi.

Избранный
60
publika.az

1Источники