“Elektron məktublatr göstərir ki, Piter Mandelsonun Cefri Epşteynlə əlaqəsinin dərinliyi və miqyası onun səfir təyin edilməsindən əvvəlki dövrdən əhəmiyyətli dərəcədə fərqlənir”,- bəyanatda deyilir.
Xüsusilə, məsələ Mandelsonun 2008-ci ildə göndərdiyi elektron məktubda Epşteynə azyaşlı qıza sataşmada təqsirli bilindiyinə görə təəssüflənməsi və həmçinin ona hüquqi problemlərinin həlli ilə bağlı məsləhətlər verməsi ilə bağlıdır.
![]() |
Tramp “Epşteyn işi”nin açıqlanmasını tələb edib | VİDEO |
- Bu məqamı və Epşteynin cinayətlərinin qurbanlarını nəzərə alaraq, Piter Mandelson dərhal səfirlikdən geri çağırılır”,- Böyük Britaniya XİN-in məlumatında vurğulanır.
Xatırladaq ki, 2024-cü ilin yanvarında Nyu-York məhkəməsi Epşteyn işində ilk sənədləri açıqlayıb.Materiallarda tanınmış siyasətçilər, iş adamları və məşhurlar da daxil olmaqla 150-dən çox adamın adı hallanır.
Bu ilin sentyabrında isə ABŞ-nin Nümayəndələr Palatasının müvafiq Komitəsi daha minlərlə səhifə sənədi yayımladı. Ədliyyə Nazirliyinin təhvil verdiyi 33 000 səhifədən çox fayl Nümayəndələr Palatasının Nəzarət və Hökumət İslahatları Komitəsinin internet saytına yüklənib.
Yeri gəlmişkən, elə həmin gün Ceffir Epşteynin evindəRoma Papasınında şəklinin tapıldığı barədə məlumat yayılıb.
Xatırladaq ki, bu il iyulun ortalarında ABŞ prezidenti Donald Tramp baş prokuror Pem Bondidən maliyyəçi Ceffri Epşteynin işi üzrə böyük münsiflər heyətinin ifadələrinin stenoqramını açıqlamasını tələb etdiyini bildirmişdi.
Sahil İsgəndərov
AzVision.az