Nepalda etiraz aksiyaları nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb.
Bu barədə "Khabarhub" nəşri Nepal Səhiyyə və Əhali Nazirliyinə istinadən məlumat yayıb.
Daha əvvəl Nepalda iğtişaşları nəticəsində 30 nəfərin öldüyü və 1 000 nəfərin yaralandığı bildirilmişdi.
Səhiyyə Nazirliyinin yenilənmiş məlumatlarına görə, 1 889 yaralı müalicə alır.