RU

U-21 millimizin üzvü ciddi zədə alıb - uzun müddət oynamayacaq

Azərbaycan U-21 milli komandasının heyətində ciddi itki baş verib. Kapitan Ayxan Süleymanlı sıradan çıxıb.

"Sumqayıt"ın müdafiəçisi Avro-2027-nin seçmə mərhələsinin 2-ci turunun Bakıda Bolqarıstanla keçirilən matçında (1:1) zədələnib. 21 yaşlı futbolçu ilk hissənin son dəqiqələrində dizindən zədə alıb.

Sportal.az saytının məlumatına görə, Ayxanın zədəsi ciddidir. Gənc sol cinah müdafiəçisinin dizinin çarpaz bağları qopub. O, əməliyyat olunacaq. Futbolçu uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Ayxan Süleymanlı 2023-cü ilin yayında "Zirə"dən "Sumqayıt"a keçib. O, cari mövsümdə "kimyaçılar"ın heyətində Premyer Liqada 3 matçda meydana çıxıb.

saytlarin hazirlanmasi

Избранный
41
2
sportal.az

3Источники