RU

Türk ordusunun inventarı yeni müdafiə texnologiyaları ilə gücləndirilib

BAKI,TurkicWorld,Fərid Mikayılov

Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) Türkiyə Silahlı Qüvvələrinin (TSK) inventarına FNSS istehsalı PARS 6×6 və 8×8 zirehli vasitələrinin daxil edildiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, nazirliyin bəyanatında, həmçinin ASELSAN-ın Dragoneye-2 termal kameraları ilə müxtəlif sensor, kəşfiyyat, radar və komanda maşınlarının da ordunun istifadəsinə verildiyi bildirilib.

Nazirliyin açıqlamasında vurğulanıb ki, müdafiə sənayesində yerli və milli olaraq inkişaf etdirilən strateji və texnoloji məhsullar Türk Silahlı Qüvvələrinin gücünü və effektivliyini daha da artırmaqda davam edəcək.

“Son bir həftədə Quru Qoşunları Komandanlığımıza müxtəlif sensorlu kəşfiyyat, radar və komanda vasitələri ilə yanaşı, Dragoneye-2 Termal Kamerasının yoxlama və qəbul işləri tamamlanaraq inventara əlavə edilib”- deyə bildirilib.

FNSS tərəfindən inkişaf etdirilən PARS 6x6 SCOUT kəşfiyyat və müşahidə missiyaları üçün nəzərdə tutulub. Yüksək situasiya məlumatlılığı və ekipaj rahatlığı ilə seçilən vasitənin alt sistemləri tamamilə lokallaşdırılıb və sınaqlardan uğurla keçib.

PARS SCOUT-un 6x6 və 8x8 versiyaları FNSS mühəndisləri tərəfindən modul sistem kimi dizayn olunub. Bu yanaşma vasitələrin müxtəlif əməliyyat ehtiyaclarına uyğunlaşdırılmasına imkan verir.

2021-ci ildə imzalanmış müqavilə çərçivəsində FNSS-in Müdafiə ÖMTTZA layihəsi ilə 30 ədəd 6×6 Komandanlıq Vasitəsi, 45 ədəd 8×8 Sensorlu Kəşfiyyat Vasitəsi və 15 ədəd 6×6 Radar Vasitəsinin TSK-ya çatdırılması nəzərdə tutulub.

İnventara əlavə edilən Dragoneye-2 Termal Kamera, Orta Dalğa İnfraqırmızı (MWIR) sensoru üzərindən HD təsvir təqdim edir. Sistem davamlı böyütmə funksiyasına, hədəflərin məsafəsini müəyyən edən lazer məsafəölçənə (LMF), maqnit kompas və GPS ilə inteqrasiya olunan yer məlumatı təminatına malikdir. Ethernet infrastrukturu isə görüntülərin sürətli ötürülməsinə şərait yaradır

Избранный
39
turkic.world

1Источники