Şəhidlər xiyabanında son baş verən hadisələrə görə oraya girişi məhdudlaşdırmaq çətindir.
Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa komitənin sentyabrın 11-də keçirilən iclasında deyib.
O, deputatların məsələ ilə bağlı suallarına cavabında bildirib ki, bu, icra xarakterli məsələdir:
"Şəhidlər xiyabanı ölkənin bütün şəhərlərində var. Oraya girişi xüsusi qanunla məhdudlaşdırmaq problem yaradacaq. Şəhidlər xiyabanının mənəvi əhəmiyyətini turistlərə başa salmaq daha doğru olar".