RU

“Məsciddə yığılan pullarla müğənnilərə qızıl alınıb”

Şou-biznes dünyasında son vaxtlar müğənnilərin efirə çıxarkən qızıl zinət əşyalarını nümayiş etdirməsi müzakirələrə səbəb olub. Tamaşaçılar belə nümayişkarlığın düzgün olub-olmadığını, xüsusilə də iqtisadi çətinliklərin yaşandığı bir vaxtda bunun cəmiyyətə necə təsir göstərdiyini sual altına alırlar. Tamaşaçının diqqəti sənətə, yoxsa zinətə yönəlməlidir?

Publika.az xəbər verir ki, tanınmış aparıcı Amil Xəlil məsələni “Yeni Sabah”a belə şərh edib:

“Təəssüf ki, belə hallar var və müğənni özü də buna şərait yaradır. Reklam arasında aparıcılara deyir ki, mən də budur, bu deyil, bundan danış. Belə söhbətləri toylardakı qiymətləri qaldırmaq üçün edirlər. Əsasən həmin müğənnilər efirdə deyirlər: “Mən 10 mindən aşağı toya getmirəm”. Elə Təranə xanım da, Musa bəy də 10-15 min manata toya gedirlər. Məqsəd isə qiymətləri qaldırmaqdır. İnsanlar da elə başa düşürlər ki, onlar həqiqətən bahalıdır. Necə ki, həkim bizə deyəndə: “Səndə heç nə yoxdur”, biz düşünürük ki, bu, yaxşı həkim deyil. Amma həkim 4-5 səhifəlik resept yazanda deyirik ki, bu, yaxşı həkimdir, vaxt ayırdı, problemi tapdı. Halbuki insanda o qədər də ciddi problem olmur.

Bu şəraiti müğənni özü yaradır, sonra isə aparıcılar da bilərəkdən sosial şəbəkələrdə yayırlar. Maraqlıdır ki, təhqirə də yol açılır və bu, bəziləri üçün reytinq hesab olunur. Açıq desəm, bəziləri üçün təhqir reytinq deməkdir. Qoy insanlar yazsın, müzakirə etsin, qıcıqlansın – bu da onların baxılması, oxunması deməkdir. Halbuki o ziynət və qızıl əşyalarını qazandıran xalqın özüdür. Dəfələrlə belə hallar olub, siz özünüz də şahid olmusunuz. Efirdə deyirlər ki, heç kimə dəxli yoxdur. Halbuki “heç kim” dedikləri elə tamaşaçının özüdür. Axı tamaşaçılar onları bu yerə gətirib. Necə olur ki, tamaşaçını təhqir edirlər?”

Müsahibimiz deyib ki, tamaşaçı da qəribədir, onu təhqir edən müğənniyə yenə də baxır, onu toya dəvət edir:

Избранный
37
8
publika.az

9Источники