RU

ABŞ “Belavia” aviaşirkətinə qarşı sanksiyaları ləğv edib

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

ABŞ “Belavia” aviaşirkətinə qarşı sanksiyaları ləğv edib.

APA “Belta”ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin nümayəndəsi Con Koul Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşdə bildirib.

“Burada tamamilə rəsmi şəkildə bəyan etmək istəyirəm ki, biz ‘Belavia’-ya qarşı sanksiyaları ləğv etmişik. Bu, rəsmi qərardır. Mənim Prezident Tramp ilə görüşüm olub, həmin görüşdə bir neçə şəxs iştirak edirdi. Bu qərar Prezident tərəfindən qəbul olundu və o dedi: ‘Bunu dərhal edin’. İndi bu qərar artıq təsdiqlənib, bu işə cəlb olunmuş bütün müvafiq nazirlik və qurumlar tərəfindən qəbul olunub. Dövlət Departamenti, Ticarət Nazirliyi, Maliyyə Nazirliyi və bu işə aidiyyəti olan digər təşkilatlar tərəfindən. Bu qərar qəbul olunub”, – deyə Con Koul vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
19
1
apa.az

10Источники