RU

Əsas heyətdən kənarlaşdırılan azərbaycanlı futbolçu klubu tərk etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Millimizin yarımmüdafiəçisi Emil Mustafayev Ukraynanı tərk edib.
Oxu.Az Sportinfo.az-a istinadən xəbər verir ki, o, "Polessye"dən gedib.
Çünki Emil klub karyerasının çətin dövrünü yaşayır. Mustafayev və daha 5 futbolçu bu günlərdə Jitomir klubunun əvəzedici heyətinə göndərilib.
Onların komandanın çalışdırıcısı Ruslan Rotanın planlarına daxil olmadığı bildirilir.
"Polessye" hazırda 3 xalla Ukrayna çempionatında 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, Bu mövsüm "Polessye"nin heç bir rəsmi görüşündə meydana çıxmayan Emil karyerasını Azərbaycanda davam etdirəcək. İki il öncə millimizdə debüt edən orta sahə oyunçusunun "Neftçi" və "Sumqayıt"dan biri ilə anlaşması gündəmdədir.
Избранный
16
36
oxu.az

10Источники