RU

Tələbələr üçün yataqxanaların tikilməsi kirayə qiymətlərini endirə bilər

ain.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Artıq uzun illərdir ki, xüsusən də paytaxt Bakı şəhərində mdaşınmaz əmlakən satış qiymətlərində ciddi artımlar müşahidə olunur.

Bu barədə əmlak eksperti Elnur Fərzəliyev Missiya.Az-a danışıb.

“Mənzillərin kirayə qiymətləri satışların 0,5 faiz nisbətini təşkil edir. Yəni bir əmlakın satış qiyməti 100 000 manat təşkil edirsə, onun icarələmə qiyməti ortalama 500 manatdır”. 

Ekspertin sözlərinə görə, son illər daşınmaz əmlakdakda satış qiymətinin artımı bilavasitə kirayə qiymətlərinin də artımına gətirib çıxarır. Başqa bir səbəb isə paytaxt Bakı şəhərində baş verən söküntülər səbəbindən artıq köhnə çoxmənzilli yaşayış binalarının və fərdi yaşayış evlərinin bir hissəsinin sökülməsidir. Sökülən mənzil sahiblərinə yeni tikili binalarda evlər verilənədək 3 il müddətinə kirayə çıxmağa şərait yaradırlar ki, bu da paytaxt ərazisindəki kirayəlik mənzillərə olan marağı artırır:

"Sökülən hər bir çoxmənzilli yaşayış binalarının yerinə inşa olunanlar yeni tikililər əvvəlkinin 2 qatı qiymətinədir. Artıq paytaxt Bakının təsdiq olunan baş planında 2040-cı ilədək fərdi yaşayış evlərindən ibarət yaşayış massivlərinin və istismar müddətini bitirmiş köhnə mənzil yaşayış binalarının böyük bir hissəsinin sökülməsi onu deməyə əsas verir ki, yaxın gələcəkdə mənzillərin aylıq kirayə qiymətləri hazırki qiymətlərdən daha baha qiymətə təklif olunacaq. Bu da öz növbəsində gələcəkdə xüsusən də tələbələrin mənzil tapmasında ciddi problemlər yaradacaq". 

Elnur Fərzəliyev bildirib ki, Ali təhsil müəsisələrinin Bakının Yasamal rayonunda yerləşməsi tələbələri daha çox bu və ətraf əraziyə cəlb edir. Söküntü işlərinin böyük qisminin Yasamal, Nəsimi, Nərimanov rayonlarında getməsi də bu ərazilərdə kirayə qiymətlərinə öz təsini göstərir. Tələbələr də məcbur olaraq Bakı ətrafı ərazilərə üz tuturlar ki, kirayə qiymətləri daha ucuz olsun. Bu vəziyyətdə tələbələrdə günlərinin bir neçə saatını yola sərf etmiş olurlar və əlavə yol xərcləri həddini aşır:

"Müvafiq problemlərin həll yolu bir zamanlar mövcud olan tələbə yataqxanalarının istifadəyə yararlı vəziyyətə gətirilməsidir. Köhnələrinin söküp daha yeni, müasir və hündür mərtəbəli yataqxanaların tikilməsi ilə tələbələrin böyük bir qisminin mənzil problemini aradan qaldırmaq mümkün olar. Tələbələrin mənzil probleminin həll olunması paytaxtda mövcud kirayə mənzillərinin qiymətində stabilləşmə, hətta enmələrə belə səbəb ola bilər",- E.Fərzəliyev əlavə edib.

İlahə Qənbərli

Missiya.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
23
missiya.az

1Источники