RU

“Almaniya səfirini ölkədən qovmaq onun üçün hədiyyə olardı” - Gürcüstan Baş naziri

“Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer o qədər faciəli bir şəxsiyyətdir ki, onu qovmaq onun üçün hədiyyə olardı”.

Missiya.Az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, Almaniyanın səfiri faciəli vəziyyətdədir:

“Fişer faciəli vəziyyətdədir, Fişeri müdafiə etmək də faciəli aktdır. Amma bu barədə xüsusi şərh vermək istəmirəm. O qədər faciəli bir şəxsiyyətdir ki, qovulmaq onun üçün hədiyyə olardı”, - deyə siyasətçi vurğulayıb.

Xatırladaq ki, Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer "X" sosial media hesabında yazıb ki, Avropa məsələləri üzrə Almaniyanın dövlət naziri Gunter Krichbaum ilə yaxşı söhbətim oldu. O, Gürcüstan istiqaməti ilə bağlı böyük narahatlıq ifadə etdi.

 

Daşqın HəsənovMissiya.Az

Избранный
4
missiya.az

1Источники