RU

“İstəyərəm London taksi ilə gedərəm, istəyərəm Əhmədin maşını ilə” – DJ Tural taksi qadağasına etiraz etdi

DJ Tural Hava Limanında taksi şirkətlərinə girişinin qadağan olunmasına etirazını bildirib.

Ulusal.az  xəbər verir ki, aparıcı sərnişinlərin seçim hüququ olduğunu vurğulayıb və qadağanın əsas səbəbini London taksilərinin hava limanında fəaliyyət göstərməsinə bağlayıb.

DJ Turalın sözlərinə görə, sərnişin olaraq nə ilə gedəcəyimizi özümüz seçməliyik:

“Taksi sürücüləri kursa gedəndən, vergi ödəyicisi olduqdan sonra niyə onların sərnişin daşımaq hüququ məhdudlaşdırılır? Süni taksi qıtlığı yaradaraq sərnişinləri yalnız hava limanı taksilərini seçməyə məcbur etmək düzgün deyil. Belə biznes olmur, cənablar. Sadəcə Hava limanı taksiləri və digər taksilər üçün ayrıca yer ayrırsınız. Hər yerdə belədir. İstəyərəm London taksi ilə gedərəm, istəyərəm Əhmədin maşını ilə. Özünüz yazdığınız qaydanı, özünüz pozursunuz”.Musavat.com

Избранный
5
3
moderator.az

4Источники