RU

Xalq Bank nizamnamə kapitalını artırdı

Bakı. Trend:

Ölkənin aparıcı banklarından olan ASC “Xalq” Bankı nizamnaməkapitalını 31 002 762 manat artıraraq 446 599 506 manata çatdırdı.Qeyd edək ki, kapital artımı Bankın nominal səhmlərinin dəyərinin114.48 manatdan 123.02 manata artırılması hesabına baş tutub.

Nizamnamə kapitalının artırılması Bankın dayanıqlı inkişafınıtəmin etmək və risk idarəetmə siyasətinin effektivliyinigücləndirməklə yanaşı, həmçinin, Bankın 2024-2026-cı illər üzrəİnkişaf Strategiyasında nəzərdə tutulmuş hədəflərinə nailolunmasında dəstək olaraq əməliyyat və kreditləşdirmə imkanlarınıgenişləndirəcək.

Xatırladaq ki, əsası 2004-cü ildə qoyulmuş və regionun dinamikinkişaf edən və etibarlı maliyyə institutlarından olan Xalq Bankson rübün göstəricilərinə əsasən, hazırda 3.4 mlrd aktiv, 1.9 mlrdmanat kredit portfeli və 2.4 mlrd manat depozit portfeli iləölkənin ən böyük özəl banklarından biridir. Xalq Bank müxtəlifalternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdanibarət xidmət şəbəkəsi və peşəkar heyəti ilə fərdi və korporativmüştərilərə müasir və rahat bankçılıq xidmətləri təklif edir.Fəaliyyətində müştəri məmnuniyyətini hədəfləmiş Bank müxtəlifrəqəmsal və innovativ biznes həllərini tətbiq edərək məhsul vəxidmət çeşidlərini genişləndirməklə yanaşı, daim xidmət səviyyəsiniyüksəltmək istiqamətində çalışır.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankınfilial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmiinternet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlifsosial şəbəkə səhifələrindən əldə etmək olar.

Избранный
32
9
az.trend.az

10Источники