RU

Hindistan Rusiyadan neft endirimini artırmağı tələb edir

Rusiya neftinin Hindistanlı idxalçıları artan ticarət riskləri səbəbindən satıcılardan daha əhəmiyyətli endirimlər tələb edirlər.

Bu barədə RBC-Ukrayna “Reuters”ə istinadən xəbər verir.

Alıcılar bildiriblər ki, qiymət tavanına uyğunlaşmaq üçün endirim Brent markalı neftin bir barreli üçün təxminən 10 dollara qədər genişlənməlidir. Rusiya nefti ilə bağlı ABŞ və Aİ siyasətləri arasında fikir ayrılığı səbəbindən banklar yoxlamaları gücləndirib. Müqayisə üçün qeyd edək ki, sentyabrda endirimlər bir barel üçün cəmi 2-3 dollar olub.

Bəzi rus satıcıları Hindistanın tələblərinin çox yüksək olduğunu bildiriblər. Onların fikrincə, oktyabrda tədarüklərin bir hissəsi Çinə gedə bilər ki, bu da Hindistan üçün həcmlərin azalmasına səbəb olacaq.

Daşınma qrafiki ilə tanış olan mənbənin sözlərinə görə, oktyabrda Rusiya neftinin Hindistana tədarük həcmi sutkada təxminən 1,4 milyon barel təşkil edəcək. Müqayisə üçün qeyd edək ki, avqustda bu, 1,5 milyon barel, sentyabrda isə 1,6 milyon barel olub.

Yekun rəqəmlər yaxın iki həftə ərzində danışıqlar başa çatdıqdan sonra məlum olacaq. Bununla belə, hətta 10 dollar endirim də qiymətin Aİ və Böyük Britaniyanın yeni tavanı olan 47,60 dollar/bareldən aşağı düşməsinə imkan verməyəcək.

Oktyabrın 1-dən Aİ Rusiya neftinin qiymət tavanını 60 dollardan 47,60 dollara endirib. Qərb şirkətlərinin sığorta və daşıma xidmətlərinə yalnız bu səviyyəyə əməl olunarsa icazə verilir. ABŞ bu qərarı dəstəkləmədi. Keçən həftə Brent neftinin bir barreli 67 dollara satılırdı.

Almaz Həsənli

Избранный
29
1
oxumeni.az

2Источники