RU

“Apple” şirkətinin satmadığı “iPhone 17” Bakıda necə satılır? -VİDEO  

Son günlər sosial şəbəkələrdə, xüsusi ilə “TikTok”da “iPhone 17” markalı mobil telefonların satış reklamları çoxalıb.

Musavat.com xəbər verir ki, reklamlar izləyicilər tərəfindən diqqət çəksə də yaranan bir sual var. “Apple” şirkətinin satışa çıxarmadığı “iPhone 17” Bakıda necə satılır?

Məlumat üçün bildirək ki, “Apple” şirkəti bu modelin satışına sentyabrında 19-da başlayacağını elan edib. Bakıda satılanlar isə orijinal telefonlar deyil. Bundan məlumatı olanlar da var, olmayanlar da.

Bəzi səhifələr bu modelləri orijinal kimi təqdim edərək 6500 manata təklif edirlər. “iPhone 17” paylaşımını edənlərin bəziləri satdıqları telefonların “Dubay variantı” olduğunu etiraf edirlər.Lakin bəziləri isə orijinal kimi insanlara sırımağa çalışırlar.

Təklif olunan mobil cihazların Dubaydan gətirildiyi, orijinal olmadığı aydındır. Amma təklif olunan qiymət isə fantastikdir. Dubayda 2000-2300 olan telefonu Bakıya gətirib orijinal adı ilə 6500 manata satmaq istəyirlər.

Musavat.com

Избранный
13
musavat.com

1Источники