RU

Həkimlər nəyi reklam edə bilməz? - Nazirlik qaydaları bir daha xatırlatdı

Bakı. Trend:

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Hüquqşöbəsinin müdiri Tamam Həsənova “Sağlam radio”nun (93 FM) “Sağlamsəhər” verilişində həkimlərin reklam fəaliyyəti ilə bağlı mühümqanuni və etik normaları açıqlayıb.

Trend-inxəbərinə görə, o bildirib ki, həkimlər öz vəzifələrindən digərşəxslərin və ya qurumların maraqlarını təbliğ etmək üçün istifadəetməməlidir.

İnzibati Xətalar Məcəlləsinin 428-ci maddəsinə əsasən, icazəsizmüalicə, profilaktika, diaqnostika və ya reabilitasiya metodlarınınreklamı qadağandır. Bu qaydanın pozulmasına görə vəzifəli şəxslər300-500 manat, hüquqi şəxslər isə 1000-2000 manat cərimə ediləbilər.

“Reklam haqqında” Qanuna görə, reklam istehlakçıların diqqətinicəlb etmək və məhsulun satışını artırmaq məqsədini daşıyır. Lakin“Dərman vasitələri haqqında” Qanuna əsasən, Azərbaycanda yalnızreseptsiz dərmanlar və icazə verilmiş tibbi metodlar reklam olunabilər.

Səhiyyə Nazirinin 2011-ci il tarixli Əmrinə əsasən, həkimlərelmi çıxışlarında və mediada yalnız etik qaydalara riayət etməli,reklam və ya qeyri-sağlam rəqabət elementlərindən çəkinməlidirlər.T.Həsənova vurğulayıb ki, həkimlərin əsas vəzifəsi xəstələrinsağlamlığını qorumaqdır, reklam alətinə çevrilmək yox.

Избранный
28
14
az.trend.az

10Источники