RU

Nepalda yeni seçkilər keçiriəcək

AzVision.az xəbər verir ki, Suşila Karki “News18” telekanalına müsahibəsində belə deyib.

“İlk növbədə sülhü bərpa etmək lazımdır. Genişmiqyaslı iqtisadi islahatlar apara biləcəyimi iddia etmirəm. Mənim missiyam vaxtında seçkiləri təşkil etmək və hakimiyyəti yeni rəhbərliyə ötürməkdir”, - Ali Məhkəmənin sabiq sədri bildirib.

Karki indiki vəziyyətdə səsvermənin nəticələrinə hər hansı maliyyə təsirini istisnasının və seçkilərin şəffaflığının təminatının zəruri oduğuna diqqət çəkib. Onun sözlərinə görə, seçkiləri keçirmək üçün altı aydan bir ilə qədər vaxt lazım ola bilər.

- Amma biz onları gecikdirmədən keçirib hakimiyyəti ötürəcəyik. Mən peşəkar siyasətçi deyiləm, hakiməm və uzunmüddətli siyasi ambisiyalarım yoxdur”,- xanım Karki vurğulayıb.

Eyni zamanda, Ali Məhkəmənin keçmiş sədri bildirib ki, seçkilər müasir gənclər hərəkatının ruhunu əks etdirən yeni və ya daha gənc liderlərin yetişməsinə imkan yarada bilər. Onun sözlərinə görə, heç kim namizədlik hüququndan məhrum edilməyəcək. Suşila Karki, həmçinin, ola bilsin ki, yeni siyasi qüvvələr yaranacağını, köhnələrin isə seçkilərdə iştirak etmək üçün özlərini yeniləyəcəyi ehtimalını səsləndirib.

“Khabarhub” portalı, öz növbəsində, Ali Məhkəmənin keçmiş sədrinin hərbi rəhbərliklə danışıqlar aparmaq üçün Katmandudakı ordu qərargahına gəldiyini yazıb.

- Karkini monarxiyanın bərpası ideyasını dəstəkləyən siyasi fəal Durqi Prasaya müşayiət edib. “Z nəsli”nin gənc fəalları və jurnalistlərdən ibarət böyük izdiham binanın qarşısında toplaşıb”,- materialda deyilir.

Yeri gəlmişkən, dünən əvvəl ordu qərargahı qarşısında “Z nəsli” hərəkatının müxtəlif qruplarının nümayəndələri arasında toqquşmaların olduğu bildirilirdi. Mübahisə Sişula Karkinin müvəqqəti baş nazir təyin edilməsi ilə bağlı danışıqlar zamanı yaranıb. Etirazçılar alternativ olaraq Katmandu meri Balen Şah və şəhər rəhbəri Dharan Harka Sampanqı təklif ediblər.

“The Kathmandu Post” nəşri isə, Nepal tarixində həbsxandan ən böyük qaçış haqqında xəbər verir. Polisin məlumatına görə, iğtişaşlar zamanı ölkə həbsxanalarından 15 mindən çox məhbus qaçıb. Qətl, zorlama, adam oğurluğu və insan alverinə görə məhbuslar da daxil olmaqla, 25 şəhərdə həbsxanalardan kütləvi qaçışlar qeydə alınıb.

Həbsxanaları İdarəetmə Departamenti yekun rəqəmlərin dəqiqləşdirilməsi üzrə hələ də iş getdiyini açqıalyıb. Qaçanların tez bir zamanda tapılıb yaxalanması üçün bütün ölkə üzrə təhlükəsizlik qüvvələri səfərbər olunub.

Bu fonda Nepal ordusu bir sıra şəhərlərdə komendant saatı rejiminin qismən yumşaldıldığını elan edib.

“Ümumi vəziyyətin yaxşılaşması ilə əlaqədar ictimai təhlükəsizliyin təminatı üçün tətbiq olunankomendant saatı və məhdudiyyətlər tədricən yumşaldılır”,- məlumatda bildirilir.

Bununla belə, məhdudiyyətlər qüvvədə qalır: vəziyyətin sabitləşməsi məqsədiləvətəndaşlar cümə günündən başlayaraq, saat 10:00-dan 17:00-dək və19:00-dan saat 05:00-dək komnedant ssatı rejiminə əməl etməlidirlər

Sahil İsgəndərov
AzVision.az
Избранный
26
3
azvision.az

4Источники