RU

Maaş artımı bal səviyyəsinə görə tətbiq edilsin - yeni təklif

Sertifikasiyadan keçən müəllimlərin maaş artımı üçün belə bir təklif irəli sürülüb.

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Elm və Təhsil Komitəsinin bugünkü iclasında “Ümumi təhsil haqqında” Qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.

167551

Şöbə müdiri bildirib ki, Milli Məclisə bununla bağlı çoxsaylı müraciətlər edilir

“Məsələn, 31 bal yığan müəllimlə 50 bal yığan müəllim eyni artımı - cəmi 10 faizi ala bilir. Təklif edirəm ki, 41-50 bal arası toplayan müəllimlərin maaş artımı 25 faiz və ya daha çox olsun”, – deyə o əlavə edib.

Избранный
18
2
azedu.az

5Источники