Latviya Rusiya və Belarusla sərhəd üzərində hava məkanını tamamilə bağlamaq qərarına gəlib.
Axar.az xəbər verir ki, bu barədə Latviyanın müdafiə naziri Andris Spruds deyib.
Onun sözlərinə görə, sentyabrın 11-i yerli vaxtla saat 18:00-dan başlayaraq (Bakı vaxtı ilə 19:00) sərhəd üzərində uçuşlar ən azı bir həftə qadağan ediləcək.