RU

İlham Əliyev dövlət agentliyinə 1,5 milyon manat ayırdı

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Prezident İlham Əliyev Masallı rayonunun Xıl - Sirəbil - Allahyarlı - Molalan - Çayqıraq avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Oxu.Az bu barədə President.az-a istinadən xəbər verir.

Sərəncama əsasən, Səkkiz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Xıl - Sirəbil - Allahyarlı - Molalan - Çayqıraq avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1.5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
2
20
oxu.az

10Источники