RU

“Arsenal” iki futbolçu ilə müqaviləni uzatmağa hazırlaşır

İngiltərənin “Arsenal” klubu müdafiəçi Vilyam Saliba və hücumçu Bukayo Sakanı komandada saxlayacaq.

90deqiqe.Az-ın "Teamtalk"a istinadən məlumatına görə, "topçular" artıq sözügedən futbolçularla müqavilənin müddətini uzatmaq üçün danışıqlara başlayıb. 

Klub rəhbərliyi hər iki oyunçunu heyətdə saxlamaq üçün danışıqları sürətləndirib.

Vilyam Saliba 2019-cu ildən bəri London təmsilçisinin şərəfini qoruyur. 137 oyunda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan fransalı müdafiəçinin hazırkı müqaviləsi iki il sonra başa çatacaq.

Bukayo Saka da 2019-cu ildə “Arsenal”a qoşulub. Komanda ilə 265 matça çıxan ingilis futbolçu 71 qol vurub və 72 asistlə fərqlənib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

 

Избранный
60
90deqiqe.az

1Источники