BAKI, 11 sentyabr. TELEQRAF
Xəzər Dəniz Gəmiçiliyində (ASCO) Almaniyanın "Unitron" şirkətinin idarəedici direktoru və hüquqşünası Niko Hans Zibert və Alman-Azərbaycan Xarici Ticarət Palatasının nümayəndə heyəti ilə görüş keçirilib.
ASCO-dan Teleqraf- a verilən məlumata görə, görüş zamanı nümayəndə heyətinə ASCO-nun donanması, fəaliyyət istiqaməti və inkişaf planları barədə ətraflı məlumat təqdim olunub və onları maraqlandıran suallar cavablandırılıb.
Həmçinin tərəflər gəmiçilik sahəsindəki mövcud tendensiyalar, o cümlədən rəqəmsallaşma və innovativ həllər, yaşıl texnologiyalar üzrə geniş müzakirələr aparıb və bu istiqamətlərdə gələcək əməkdaşlıq imkanlarını dəyərləndiriblər.