UFC-də Azərbaycanı təmsil edən Rafael Fiziyev futbol üzrə Azərbaycan milli komandası barədə paylaşım edib.
Offsideplus.az xəbər verir ki, o, instaqram səhifəsinin "story" bölməsində Emin Mahmudov və Elvin Cəfərquliyevin Ukraynaya qarşı oyundan şəklini paylaşıb.
Milli komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukrayna ilə heç-heçə etmişdi (1:1).
Qeyd edək ki, R.Fiziyev oktyabrın 12-də Çarlz Oliveyra ilə üz-üzə gələcək.