RU

Bu gün şəhid Cəbrayıl Dövlətzadənin ad günüdür

Gənc şəhid 2001-ci il sentyabrın 11-də Sumqayıt şəhərinin Corat qəsəbəsində anadan olub.

KONKRET.az xəbər verir ki, 2019-cu ilin oktyabrından Sərhəd Qoşunlarının sıralarında Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib.

Azərbaycan Ordusunun əsgəri olan Cəbrayıl Dövlətzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə xüsusi təyinatlıların tərkibində savaşıb.

Vətən müharibəsinin ilk şəhidlərindən olan Cəbrayıl Dövlətzadə 19 yaşında bir erməni generalını və polkovnikini əlləri ilə boğaraq öldürüb.

O, sentyabrın 28-də Murovdağ döyüşləri zamanı Kəlbəcər rayonu ərazisində şəhidlik zirvəsinə ucalıb. İgid Vətən oğlu öz idealı, mərhum general mayor Polad Həşimovun məzarının yaxınlığında, İkinci Fəxri xiyabanda sentyabrın 29-da torpağa tapşırılıb.

İlham Əliyevin Sərəncamına əsasən şəhid olduqdan sonra Cəbrayıl Dövlətzadə “Azərbaycan Bayrağı” ordeni, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda” medalı ilə təltif edilib.

Şəhidimizi qürurla anırıq!

Избранный
32
6
konkret.az

10Источники