RU

İsrailin "Mekorot" şirkəti Azərbaycanda özəl elektrik stansiyanın inşası imkanını nəzərdən keçirir (ÖZƏL) (FOTO)

Bakı. Trend:

Su ehtiyatları sferasında dünyanın aparıcı oyunçularındansayılan İsrailin “Mekorot” Milli Su Şirkəti Azərbaycanda özəlelektrik stansiya inşa etmək imkanını araşdırır.

Bunu Trend-əverdiyi özəl müsahibəsində “Mekorot” şirkətinin baş icraçıdirektoru Amit Lanq deyib.

“Azərbaycanda əməliyyatların dayanıqlılığını təmin etmək üçünmüstəqil elektrik stansiyası inşa etmək imkanını nəzərdənkeçiririk. Su və enerji resursları arasında qarşılıqlı əlaqənigücləndirmək bizim beynəlxalq strategiyamızın özəyini təşkil edirvə Azərbaycanın enerji sahəsindəki ambisiyaları ölkəni bu sahədətəbii bir tərəfdaş edir”, - deyə Lanq qeyd edib.

O, Azərbaycanın su ehtiyatlarının uzunmüddətli problemlərininhəllində əhəmiyyətli strateji baxış nümayiş etdirdiyini əlavəedib.

“Strateji mövqe, sərhədlərarası su konteksti və düşünülmüş millistrategiya ölkəni qonşu dövlətlər üçün nümunəyə çevirir. Biz hesabedirik ki, ətraf ölkələr bir millətin necə onilliklər öncədəndüşünərək, gələcək su çağırışlarına hazırlıq görməsi və innovativhəlləri tətbiq etməsi baxımından Azərbaycandan nümunə götürəcək.Ölkənin su təhlükəsizliyini dəstəkləməkdən əlavə, biz BakınıGürcüstan, Mərkəzi Asiya və digər regionları əhatə edən regionalbilik mübadiləsi və əməkdaşlıq mərkəzi kimi görürük”, - deyə“Mekorot”un baş icraçı direktoru əlavə edib.

A.Lanq qeyd edib ki, şirkət bir neçə layihədə AzərbaycanınDövlət Su Ehtiyatları Agentliyinə dəstək olur.

“Biz Xəzər dənizi sahilində illik 100 milyon kubmetr həcmindəduzdan təmizləmə zavodunun tikintisi üçün texniki məsləhətlərveririk. Bundan əlavə, 2024-cü ilin sonunda Azərbaycanda Milli SuEhtiyatlarının Baş Planının hazırlanmasını tamamladıq və rayonlarüzrə yol xəritəsi və mərhələli icra proqramını təqdim etdik. Plankənd təsərrüfatının ehtiyaclarını hövzə resursları iləuyğunlaşdırmağa, məişət və sənaye suyunun təchizatı üçün riskyaratmadan ölkənin su ehtiyatlarının davamlı idarə edilməsini təminetməyə yönəlib”, - deyə o bildirib.

“Biz müasir SCADA sistemləri, ağıllı sayğaclar, rəqəmsalidarəetmə mərkəzləri, duzdan təmizləmə və tullantı sularının təkraristifadəsi texnologiyalarını tətbiq etməyə hazırıq. Razılaşmalarimzalandıqdan sonra layihələrin icrasına hər bir layihənin həcmi vəmiqyasından asılı olaraq 8–20 ay ərzində başlana bilər”, - deyəLanq əlavə edib.

O vurğulayıb ki, Azərbaycan şirkətin qlobal inkişafstrategiyasında mərkəzi rol oynayır.

“Ölkə artıq bizimlə dövlət-özəl tərəfdaşlıq modeli əsasındaduzdan təmizləmə üzrə iri layihələrdə və baş planlamaproqramlarında əməkdaşlıq edir. Biz bunu uzunmüddətli tərəfdaşlığınbaşlanğıcı kimi qiymətləndiririk və duzdan təmizləmə, suvarma vərəqəmsal su şəbəkələri üzrə iri infrastruktur layihələrindəiştirakı gözləyirik”, - deyə “Mekorot”un baş icraçı direktorubildirib.

Şirkətin digər beynəlxalq fəaliyyət nümunəsindən danışan A.LanqQazaxıstanı da misal çəkib. Burada “Mekorot” 2050-ci ilə qədərAlmatı şəhərinin su təchizatı üzrə Baş planının hazırlanmasınarəhbərlik edir.

“Bu çoxmərhələli proqram şəhər su təchizatı, su anbarlarınınqorunması və qeydə alınmamış su itkilərinin azaldılmasını əhatəedir. Əsas element SCADA, kibertəhlükəsizlik və enerjioptimallaşdırması inteqrasiyası ilə şəhər idarəetmə və nəzarətmərkəzinin yaradılmasıdır. Proqramın birinci mərhələsində qeydəalınmamış su itkilərinin iki il ərzində 11% azaldılması mümkün olub- bu, xeyli maliyyə qənaəti və su təhlükəsizliyinin artırılmasınıtəmin edib. Bu göstərir ki, “Mekorot”un İsrail təcrübəsi etibarlı,məlumatlara əsaslanan su həlləri təmin etmək üçün AzərbaycandanMərkəzi Asiyaya qədər - beynəlxalq səviyyədə genişlənə bilər”, -deyə A.Lanq yekunlaşdırıb.

İsrailin
İsrailin
Məqalədə:
Избранный
21
1
az.trend.az

2Источники