RU

Çexiya Polşaya xüsusi təyinatlı helikopterlər göndərir

Çexiya Müdafiə Nazirliyi Polşaya üç ədəd Mi-171СЗ tipli xüsusi təyinatlı helikopter və 150 hərbçi göndərir.

Axar.az xəbər verir ki, bu barədə Çexiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, helikopterlər dronlara qarşı mübarizə üçün modifikasiya olunub və missiya təxminən üç ay davam edəcək.

Qərar Çexiya müdafiə naziri Yana Çernoxova ilə Polşa müdafiə naziri Vladislav Kosinyak-Kamyş arasında telefon danışığından sonra qəbul edilib.

Избранный
13
1
axar.az

10Источники