RU

Abdulrəşid Sadulayev dünya çempionatına buraxılmadı

ain.az, Oxu.az saytına istinadən bildirir.

Sərbəst güləş üzrə ikiqat olimpiya çempionu Abdulrəşid Sadulayev bu il Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək dünya çempionatında iştirak etməyəcək.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat Dünya Güləş Birliyinin (UWW) rəsmi saytında yayımlanmış yenilənmiş iştirakçı siyahısında əksini tapıb.

Rusiyalı güləşçinin yarışdan kənarda qalmasının səbəbi viza problemi olub. Əvvəlki siyahıda 97 kq çəki dərəcəsində Sadulayevin adı yer alsa da, sonradan onu Maqomed Kurbanov əvəzləyib.

Xatırladaq ki, 29 yaşlı Abdulrəşid Sadulayev Rio-2016 və Tokio-2020 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Bundan əlavə, o, 6 dəfə dünya, 4 dəfə isə Avropa çempionu olub.

Qeyd edək ki, sentyabrın 13-də start götürəcək dünya çempionatı ayın 21-dək davam edəcək. Turnirdə Rusiya idmançıları UWW bayrağı altında çıxış edəcəklər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
34
1
oxu.az

2Источники