RU

Növbəti tədris ilində direktorların işə qəbul imtahanı verməyəcək

"Növbəti tədris ilində direktorların işə qəbul imtahanı etməyəcəyik".

Paralel.az xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair brifinqdə deyib.

"Direktorları yaxşı müəllimlər arasından seçəcəyik. 500 şagirddən az kiçik kənd məktəblərdəki direktorlar üçün imtahan edəndə başqa məktəbdən imtahandan keçən direktor uzaq bir kəndə gedirdi. İndi elə həmin kənddən sertifikatlaşdırma balı yüksək olanlardan direktor seçəcəyik. Əgər orada balı yüksək olan müəllim yoxdursa, qonşu məktəblərdən seçiləcək.

Böyük məktəblərdə direktor işləmək istəyən adam heç olmasa, əvvəlcə direktor müavini işləməlidir.
O zaman məktəblərdə direktorların keyfiyyəti artacaq ki, müavin kimi işləri keyfiyyətli olacaq.

Böyük məktəbdə direktor vəzifəsi boşdursa, ilk növbədə direktor müavinlərinə baxılacaq.

Böyük məktəblərdə setifikatlaşdırma balı  direktor müavinlərinə tətbiq olunmayacaq", - o söyləyib.

Billurə

Избранный
18
1
paralel.az

2Источники