RU

Paşinyanın baş nazir postuna namizədliyi irəli sürüləcək

Sentyabrın 20-də Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının növbəti qurultayı keçiriləcək.

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Ermənistan mətbuatı açıqlama yayıb. 

Qurultay zamanı partiyanın İdarə Heyətinin üzvlüyünə və sədrliyinə seçkilər keçiriləcək. Gündəliyə uyğun olaraq İdarə Heyətinin hesabatı təqdim olunacaq və təsdiqlənəcək. Həmçinin, “Vətəndaş müqaviləsi” partiyasının nizamnaməsi yeni redaksiyada təsdiqlənəcək, partiyanın yeni proqramı və bəyannaməsi qəbul ediləcək.

“MPG Gallup” Beynəlxalq Assosiasiyasının avqust ayında keçirdiyi sorğunun nəticələrinə görə əgər üzümüzə gələn bazar günü Ermənistanda parlament seçkiləri keçirilsəydi, ən böyük dəstəyi Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası qazanardı.

Lakin əhali arasında hökumətin fəaliyyətindən narazılıq da az deyil. Bu səbəbdən, Paşinyan seçkilərdə qalib gələrsə, yeni hökumətdə ciddi dəyişikliklər edəcəyi gözlənilir. Çox güman ki, yeni kadrlar qurultayda İdarə Heyəti üzvlüyünə və partiyanın digər təşkilati orqanlarının rəhbərliyinə seçiləcək. 

Избранный
25
1
cebheinfo.az

2Источники